Azərbaycanda yol terroru: 443 nəfər ölüb, 1247 nəfər yaralanıb

Ölkədə son 5 ayda 1148 yol qəzası baş verib

"Azərbaycanda son 5 ayda 1148 yol qəzası baş verib. Bu qəzalarda 443 nəfər ölüb, 1247 nəfər yaralanıb. Ötən illərlə nisbətdə qəzaların sayı 10, ölənlərin sayı 41, yaralıların sayı isə 9 faiz artıb". Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ANS PRESS-ə məlumat verib.  Onun sözlərinə görə, qəzaların artmasının əsas səbəblərindən biri ölkəyə gətirilən avtomobillərin sayının 10 faiz artmasıdır: "Əgər ölkədə maşınların sayı artırsa, o zaman qəzaların da sayı artır. Qəzaların çoxu, daha dəqiq desək 40 faizi piyadaların vurulması ilə bağlıdır. Başqa səbəblərdən biri də, sürücülərin sürət həddini aşmasıdır. O cümlədən, yol ayrıclarını keçən, ötmə qaydalarını pozan sürücülər tərəfindən də yol qəzaları törədilir".

K.Əliyev bildirib ki, yol qəzalarının qarşısını almaq üçün polis mütamadi olaraq tədbirlər həyata keçirir. "Yol qəzaların qarşısını almaq üçün yollarda, magistrallarda radarların quraşdırılması davam etdirilir. Bu radarlar, nəzarət kameraları vasitəsilə qayda pozuntuları aşkar olunduqda, dərhal hadisəni törədən sürücü inzibati məsuliyyətə cəlb olunur. Bu tədbirlər də qəza hallarını nyaranmasını nqarşısını almağa müəyyən dərəcədə yardımçı olur. Bundan başqa, sürücülərə maarifləndirici xəbərlər verilir. Təbliğat xarakterli tədbirlər keçirilir. Reydlər təşkil olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31