Samur-Abşeron kanalında batan gəncin meyiti 4 gün sonra tapıldı

4 gün əvvəl Samur-Abşeron kianalına düşən oğlanın meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR-ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 4-də baş verib.  Samur-Abşeron su kanalında çimərkən suda boğulmuş Eldar Kiçibəyovun meyiti Şabran rayonunun Surra kəndinin ərazisində kanaldan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31