Hacıqabulda ağır qəza, 1 nəfər öldü, 4 nəfər yaralandı
8 İyul 2013 14:51 KriminalHacıqabulda daha bir ağır yol qəzası baş verib. Bu batrədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyulun 6-da saat 04.30 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində baş verib. Ukrayna vətəndaşı Alızadə Mamedovun idarə etdiyi "Volkswagen" markalı və Bakı şəhər sakini Nurəddin Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Mamedov hadisə yerində ölüb, xəsarət almış N.Səlimov, sərnişinləri, arvadı Nərminə, oğlu Nurxan və qızı Nərmin isə xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31