Ağdaşda vətəndaşlara avtomatdan atəş açan şəxs yaxalanıb
8 İyul 2013 14:51 KriminalAğdaşda vətəndaşlara silahla atəş açan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, iyulun 6-da Ağdaş rayonunun Qumlax kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Şirinov xuliqanlıq zəminində həmkəndlisi Alxas Musayevin həyətinə gəlib avtomat silahdan havaya atəş açıb və onu hədələyib. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şirinov tutulub. Onun evinə baxış zamanı 1 ədəd "AK" silahı, 1 ədəd ov tüfəngi və 2 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31