Bakıda məcburi köçkün iki nəfəri ölümcül bıçaqladı
8 İyul 2013 14:50 KriminalBakıda məcburi köçkün iki nəfəri bıçaqlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına isinadən yaydığı məlumata görə, hadisə iyulun 6-da Nərimanov rayonu ərazisində baş verib. Qubadlı rayon sakini İlqar Abbasov münaqişə zəminində bıçaqla Bakı şəhər sakinləri Vidadi İsmiyevin sağ qolundan, Muraz Süleymanova isə boyun və qol nahiyələrindən xəsarət yetirib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Abbasov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31