Avtobus qəzasında yaralanların sayı və vəziyyəti açıqlandı - YENİLƏNİB

"113 saylı avtobusun törətdiyi qəza nəticəsində 8 nəfər yaralanıb". Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirə Salınmaz Yardım Stansiyasından baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, həmin yaralılardan 7-si şəhər 3 saylı xəstəxanasına yerləşdirilib, 1 nəfərə isə yerində tibbi yardım göstərilib: "Hazırda həmin xəstələrin vəziyyəti orta-ağırdır".
Baş həkimin müavini onu da vurğulayıb ki, qəza zamanı ölən olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31