Bakıda sərnişin avtobusu aşdı: yaralılar var
Hadisə Suraxanı rayonunda baş verib
8 İyul 2013 12:06 KriminalBu gün səhər saatlarında Bakıda sərnişin avtobusu aşıb. Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Balandin küçəsində 113 saylı xətt üzrə hərəkət edən "İSUZU" markalı sərnişin avtobusu aşıb.
Hadisə yerinə 4 təcili yardım maşını göndərilib. Qəza nəticəsində yaralıların olduğ ubildirilir.
Bakı Şəhər Təcili və Təxirə salınmaz Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində yaralananlardan 7 nəfəri xəstəxanaya yerləşdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31