San-Fransiskoda “Boeing-777” qəzasında 2 nəfər ölüb VIDEO

“Astana Airlines” şirkətinə məxsus təyyarədə qəza nəticəsində 103 nəfərin xəsarət alıb

Cənubi Koreyanın "Astana Airlines" aviaşirkətinə məxsus Seul-San-Fransisko reysi ilə uçan "Boeing-777" tipli təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumatlar gəlməkdə davam edir. ANS PRESS-in İTAR TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, yaralıların sayı 103 nəfərə çatıb.Bu barədə meqopolisin yanğınsöndürmə xidmətindən məlumat verilib. İlkin məlumata görə, yaralıların vəziyyəti o qədər də ağır deyil və onlara həyatı təhlükə törətmir.Bununla belə 10 nəfər sərnişinin vəziyyəti olduqca ağırdır. 40 sərnişin xəstəxanalara yerləşdirilib. Kaliforniya ştatının rəhbərliyi bunun terror olması faktını birmənalı olaraq inkar edib.Təyyarənin göyərtəsində ABŞ, Çİn, Cənubi Koreya və Yaponiya vətəndaşları olub. Artıq ABŞ-ın Federal Aviasiya İdarəsi faktla bağlı araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31