Bağırsağında həşiş keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana  piyada gələn Azərbaycan vətəndaşı Tərlan Ağayevin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 1,54 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31