Şabranda məktəb yandı
25 İyun 2012 14:20 KriminalŞabran rayonunda məktəb binası yanıb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə iyunun 24-də rayonun Şahnəzərli kəndində (rayon mərkəzindən 15 km aralı) baş verib. Kənd ərazisində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 475 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət məktəb binasının 3 otaq və dəhlizinin yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31