Bakının mərkəzində otel yandı

Bakıda fəaliyyətdə olan oteldə yanğın haduisəsi baş verib. Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Rayon ərazisində otel kimi fəaliyyət göstərən yeddimərtəbəli  inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 15 kv.m olan saunanın taxta üzlükləri yanıb. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31