Neft daşlarında yanğın
1 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib
25 İyun 2012 14:14 KriminalBakıda Neft daşlarında qəfil yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 24-dən 25-ə keçən gecə paytaxtın Xəzər rayonunda Neft daşlarının ərazisində baş verib. Neft-qaz vakkuum kompressor qurğusunda baş verən yanğın nəticəsində kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb və qurğuda işləyən bir nəfər xəsarət alıb. Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31