Sumqayıtda yanacaqdoldurma məntəqəsi yanıb
4 İyul 2013 13:06 KriminalSumqayıt şəhərində hal-hazırda fəaliyyət göstərməyən yanacaqdoldurma məntəqəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 450 kv.m olan tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31