Sərhədçilərimiz qatarda gizli yolla Azərbaycana keçmək istəyən gürcünü saxlayıb
Faktla bağlı cinayət işi başlanılmış, istintaq aparılır
4 İyul 2013 13:01 KriminalAzərbaycan sərhədçiləri qanunsuz olaraq Azərbaycan sərhədlərini keçməyə cəhd edən Gürcüstan vətəndaşını saxlayıb. ANS PRESS-in Dövlət Sərhəd Xidmətinə (DSX) isyinadən yaydığı xəbərə əsasən qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində Şəmkir Sərhəd Dəstəsinin "Böyük kəsik" sərhəd nəzarəti məntəqəsinin "Dəmiryolu" buraxılış məntəqəsində 30 iyun 2013-cü il tarixdə saat 23:50-də Azərbaycan sərhədini qanunsuz yolla keçmək cəhdinin qarşısı alınıb.
Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edən yük qatarında gizlənərək qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən, özünü 1969-cu il təvəllüdlü, Gürcüstan vətəndaşı Bedzina Soitaşvili kimi təqdim edən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılmış, istintaq aparılır.