Polislər zorladıqları qızı döyərək komaya salıblar VIDEO

Rəsmilərin məsələyə baxmamasından hiddətələnən sakinlər polis bölməsinə hücum edib

Ukraynanın Vradiyevka şəhərində yerli sakinlər polis məntəqəsinə hücum ediblər. "Evronews" un verdiyi məlumata görə səbəb sözügedən məntəqənin polis əməkdaşlarından birinin gənc qızı zorlaması və vəhşicəsinə döyərək komaya salması olub. Hazırda qızın vəziyyəti ağır kimi qiymətləndirilir. Şahidlərin sözlərinə görə 29 yaşlı qızı polislər zorla meşəliyə aparıblar. Hadisə ilə bağlı yerli polis məntəqəsinə şikayət olunsa da, rəsmilər məsələyə baxmayıblar. Sakinləri qəzəbləndirən də məhz polis rəislərinin məsuliyyətsizliyi olub. Daş və küt alətlərlə polis məntəqəsinə hücum edən qəzəbli kütləni polis gözyaşardıcı qazla dağıtmağa çalışıb.
Qarşıdurma zamanı bir nəfər etirazçı xəsarət alıb. Hadisə ilə bağlı aparılan istintaqın gedişi zamanı cinayət hadisəsi ilə bağlı iki sahə rəisi və bir prokuror işdən çıxarılıb. Ölkənin Daxili İşlər Naziri parlamentdə müxalifət nümayəndələri tərəfindən sorğu-sual olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31