Bakıda narkotacirdən külli miqdarda narkotika aşkarlandı

Bakıda daha bir narkotika alverçisi ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Zaur Kəsəmənlinin evinə baxış zamanı oradan 18 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31