Neftçalada namus üstə ər arvadını qətlə yetirdi

Azərbaycanda namus üstə daha bir qətl hadisəsi törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə iyulun 3-də Neftçala rayonunun Uzunbabalı kəndində baş verib. Kənd sakini Soltan Bayramov evində qısqanclıq zəminində arvadı Aynurəni bıçaqla qətlə yetirib. S.Bayramov könüllü olaraq Neftçala RPŞ-yə gələrək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31