Bakıda son iki ayda su hövzələrində ölənlərin yarıdan çoxu uşaqlar olub

Son iki ayda Bakıda su hövzələrində (dəniz, çay, göl, hovuz) 14 nəfərin boğulması faktı qeydə alınıb. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Məlumata görə, suda boğulma nəticəsində 10 nəfər ölüb, onlardan 6-sı uşaq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31