Bakıda beşmərtəbəli yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31