İran vətəndaşından metadon məhlulu aşkar olunub

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Fathi Zanjirbolaghi Morteza Ourojali oğlu gömrük nəzarətindən keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ona məxsus idman çantasınadan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd plastmas qabda 15 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb. Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 15 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31