“AXA MBASK” sığorta şirkətinin əməkdaşı ofisdə köməksiz qaldı
25 İyun 2012 13:00 KriminalBakıda sığorta şirkətinin əməkdaşı bağlı qapı arxasından xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, adıçəkilən rayon ərazisində üçmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən "AXA MBASK" sığorta şirkətinin ofisinin giriş qapısı qəfildən bağlanıb, nəticədə 1953-cü il təvəllüdlü kişi içəridə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ofisin qapısını bayır tərəfdən açıb vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat saat 21:50-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31