Baba, qızı və nəvəsi qəzada öldü
Masallıda baş verən qəzada 4 nəfər ölüb, 2 nəfər yaralanıb
25 İyun 2012 11:37 KriminalƏlət-Astara yolunun 33-cü kilometrliyində ağır yol qəzasının baş verməsi nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, iyunun 25-i saat 00.30 radələrində Masallı rayonu Ərəb kənd sakini, 1976-cı il təvəllüdlü Vəliyev Rövşən Zəbulla oğlunun idarə etdiyi "Tavriya" markalı, 44 BO 263 dövlət nömrə nişanlı minik maşını İran İslam Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Habil Məhəmmədinin idarə etdiyi "Mercedes" markalı, İR 223 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Masallı rayonunun Ərəb kəndinin sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, onun qızı, 1994-cü il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı və nəvəsi, 1 aylıq Babayeva Aysu Ağəli qızı hadisə yerində ölüblər.Digər iki sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Ağəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı müxtəlif xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılırƏlət-Astara yolunun 33-cü kilometrliyində ağır yol qəzasının baş verməsi nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Qəzənfər Mansurovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, iyunun 25-i saat 00.30 radələrində Masallı rayonu Ərəb kənd sakini, 1976-cı il təvəllüdlü Vəliyev Rövşən Zəbulla oğlunun idarə etdiyi "Tavriya" markalı, 44 BO 263 dövlət nömrə nişanlı minik maşını İran İslam Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Habil Məhəmmədinin idarə etdiyi "Mercedes" markalı, İR 223 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Masallı rayonunun Ərəb kəndinin sakinləri, 1976-cı il təvəllüdlü Qasımov Ağalar Habil oğlu, onun qızı, 1994-cü il təvəllüdlü Babayeva Tünzalə Ağalar qızı və nəvəsi, 1 aylıq Babayeva Aysu Ağəli qızı hadisə yerində ölüblər.Digər iki sərnişinlər - 1990-cı il təvəllüdlü Babayev Ağəli Qulaməli oğlu və 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı müxtəlif xəsarətlər alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır