Bakıda qadınlara qənim kəsilən rusiyalı cinayətkarlar tutuldular

Bakının Səbail rayonu ərazisində qadınları soyan Rusiya vətəndaşları həbs olunub Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dəstə üzvlərinin ələ keçməsində onların Türkiyə vətəndaşına qarşı törətdikləri cinayət rol oynayıb. Ötən gün Türkiyə vətəndaşı Paşa Mutluya hücum edən iki nəfər ondan içərisində 435 manat pul və danışıq kartları olan çantanı alaraq qaçıb. Cinayətdə şübhəli bilinən iki nəfər Rusiya vətəndaşı - 26 yaşlı Vitali Salenko və Tamara adlı qadın tutulub.
Məlum olub ki, onlar Bakıda 5 qadını soyublar. Onlar Yeganə Əliyevaya zor tətbiq edərək içərisində 56 manat pulunu, Aygül Rzayevaya məxsus 36 manat pul olan çantanı və 2 mobil telefonu əlindən alıblar. Bundan başqa, Rəvanə Ələkbərovanın çantasını, Solmaz Paşayevanın 340 manatını, mağazada Aynur Sultanovaya məxsus çantanı oğurlayıblar.
Hazırda həmin şəxslərin digər cinayət əməllərinin olub-olmaması araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31