Xətaidə “Mercedes” dərəyə düşüb
2 İyul 2013 12:10 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşmışdır. Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb. Hazirlikdən "Olaylar"a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş FHN-in xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, deformasiyaya uğramış avtomobildə ağır xəsarət almış sürücü və sərnişin hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31