Şəmkir SES-də yanğın olub

Şəmkir rayonu, Kür qəsəbəsində Şəmkir Su Elektrik stansiyasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə stansiyanın ərazisində yerləşən 1-ci platinasında su nasosunun sarğıları yanıb. Ərazidə yerləşən digər nasos və qurğular yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31