“Azərbaycan Dövlət Dəmir Yolları” işçisi özünü öldürüb

"Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı intihar edib. Xəzər Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Zirə qəsəbəsi Yeni yaşayış massivində cəmiyyətin Konteynerlərin təmiri üzrə Keşlə Vaqon Deposunda vaqon müayinəçisi vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Burcəliyev Nicat Zülfi oğlu özünü yaşadığı evin həyətindəki qarajda asıb. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31