27 baş redaktorun həyatı təhlükə qarşısında

Bu gün  günorta saatlarında Bakıdan Türkiyəyə hərəkət edən "Turkish Airlines" şirkətinə məxsus TL-7609 saylı sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. "OLAYLAR"-ın xəbərinə görə, təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra Bakı səmasında dövrə vuraraq yenidən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Təyyarənin təcili eniş etməsi barədə elan edilən  zaman sərnişinlər arasında təşviş yaranıb.  Təyyarənin təcili eniş etməsinə səbəb kimi isə qapının hermetik bağlanmaması göstərilib.Qeyd edək ki, təyyarədəki sərnişinlər arasında ölkənin 27-dən artıq aparıcı kütləvi informasiya vasitəsinin rəhbəri də olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31