Azərbaycanda hərbi hissədə bıçaqlaşma olub
Əsgər əsgər yoldaşını bıçaqlayıb
1 İyul 2013 14:55 KriminalAzərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı İlkin Hüseynov əsgər yoldaşı, 19 yaşlı Qadir İsmayılovu bıçaqlayıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, Q. İsmayılov Sumqayıt, İ. Hüseynov isə Göyçaydan həqiqi hərbi xidmətə çağırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31