Bakıda dənizdən yeniyetmə oğlanın cəsədi çıxarılıb
1 İyul 2013 14:14 KriminalBakıda 17 yaşlı oğlan dənizdə boğulub. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən təxminən 2,5 km məsafədə, nəzarət olunmayan ərazidə) 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batıb.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Ələkbərovun cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31