Xalq artistinin oğlunun maşını oğurlandı

Azərbaycanın xalq artisti, tanınmış gülüş ustası Arif Quliyevin oğlu Rövşən Quliyevin avtomobili oğurlanıb. Bu barədə aktyorun özü ANS PRESS-ə məlumat verib.
Oğlumun "VAZ-21015" markalı 99 GB 811 dövlət nömrə nişanlı avtomobili oğurlanıb. Maşın evin yaxınlığından gecə saatlaırnda yoxa çıxıb. Oğum maşını kreditlə almışdı", - deyə A.Quliyev bildirib. Arif Quliyev oğurluq barədə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət etdiklərini bildirib: "Milisə demişik. Belədir də, nə gəlir, elə kasıbın başına gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31