Axtarışda olan quldur Bakıda tutuldu

Bakı polisi axtarışda olan qulduru yaxalayıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. İdarədən "OLAYLAR"a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə aхtarışda olan İlqar İsmayılov iyunun 29-da yaхalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31