Bakıda 3 narkobaron yaxalandı

Bakıda bir gündə 3 narkotika alverçisi yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən "OLAYLAR"a verilən məlumata görə, narkotika alverçiləri Sabunçu rayonunda yaxalanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Araz Əyyubovdan 480 qram qurudulmuş mariхuana aşkar edilib.

Həmin gün Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cabbarovdan 460 qram qurudulmuş mariхuana aşkar edilib.

Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Maştağa qəsəbəsi Nizami küçəsində yaşayan Zakir Teymurovdan 5 qramdan artıq qurudulmuş mariхuana və yaşadığı evin həyətindən yaş çəkisi 28 qramdan artıq 1 ədəd mariхuana kolu aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31