Bakıda 17 yaşlı qız yoxa çıxdı

Bu barədə qızın yaxınları polis bölməsinə məlumat veriblər

Bakının Yasamal rayonu ərazisində 17 yaşlı qız itkin düşüb. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Kəmalə Xudayar qızı Hüseynova yoxa çıxıb. Bu barədə qızın yaxınları polis bölməsinə məlumat veriblər.
Məlumatda qeyd olunur ki, K.Hüseynova iyunun 28-i, saat 16.00 radələrində yaşadığı Xıdır Mustafayev keçəsi, ev 44 ünvanından saat çıxıb, bir daha geri qayıtmayıb.
Hazırda K. Hüseynovanın tapılması istiqamətində əməliyyta qrupu yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31