Bakıda avtomobil aşıb: Ölən və xəsarət alanlar var
Yol qəzası Müşfiqabad - Qızıldaş yolunda baş verib
1 İyul 2013 12:53 KriminalMüşfiqabad - Qızıldaş yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 30-u saat 17:40 radələrində, Müşviqabad - Qızıldaş yolunda Bakı şəhər sakini Mehdi Adıyev idarə etdiyi "KİA" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.
Nəticədə Ağayevin özü və sərnişini Validə Cümşüdova xəstəxanaya yerləşdiriliblər, digər sərnişin Aybəniz Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31