Kafedə qan töküldü
Gecə saatlarında 28 yaşlı oğlan bıçaqlanıb
1 İyul 2013 12:33 KriminalÖtən gecə Qubada kafelərin birində bıçaqlanma olub. Rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 28 yaşlı Fariz Mübariz oğlu Ağayev kafelərin birində bıçaqlanıb. Onu ağır yaralı halda xəstəxanaya yerləşdiriblər. Qarın nahiyəsindən iki bıçaq zərbəsi alan F.Ağayev dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır. Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31