11 günvurma, 8 ilan sancma faktı
1 İyul 2013 12:31 Kriminal"May ayından bu günə kimi 11 nəfər günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib". Bunu Lent.az-a açıqlamasında Stansiyanın baş həkiminin müavini Oqtay Şaxmalıyev bildirib. Onun sözlərinə görə, son sutka ərzində günvurma ilə bağlı tibbi yardıma müraciət edən olmayıb.
Baş həkimin müavini onu da vurğulayıb ki, apreldən indiyədək 8 nəfər ilan sancma ilə bağlı müraciət edib: "Son sutkada Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunmayıb".
O. Şaxmalıyev onu da vurğulayıb ki, istər günvurma, istərsə də ilan sancma hadisəsi ilə bağlı ölüm faktı qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31