Bakıda qətl törədən şəxs həbs edilib
22 İyun 2012 19:12 KriminalBakıda qətl törədən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, iyunun 20-də 4-cü mikrorayon 20 Yanvar küçəsində yaşayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmov qeyri-rəsmi nikahda olduğu Tahirə Orucovanı bıçaqla vuraraq qətlə yetirib. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən E. Rüstəmov iyunun 22-də tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31