Bakı sakinindən 11 kiloqram narkotik vasitə götürülüb
22 İyun 2012 19:10 KriminalBakı sakinindən 11 kiloqram narkotik vasitə götürülüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirazi Kərimovdan 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31