Qohumlar bir-birini öldürüb
28 İyun 2013 16:14 KriminalSiyəzəndə iki şəxsin mübahisəsi qətllə yekunlaşıb. Sözləri düz gəlməyən 36 yaşlı Siyəzən şəhər sakini Ələsgərov İlham Əliəjdər oğlu və həmyerlisi 39 yaşlı Məmmədov İsrafil Dadaş oğlu aralarındakı mübahisəyə son qoymaq üçün dəniz sahilinə gəliblər. İyunun 28-də gecə saat 02:00 radələrində rayonunun Həmyə kəndi ərazisində, dəniz sahilindəki münaqişə İsrafil Məmmədovun ölümü ilə nəticələnib. Qohumlarının verdiyi məlumata görə, İlham Ələsgərov həmyerlisini döydükdən sonra, idarə etdiyi 90 RD 246 qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə onun üstündən keçib. İsrafil Məmmədovun cəsədi müayinə edilməsi üçün Xaçmaz rayon morquna gətirilib. Rtv.az-ın məlumatına görə, mübahisə Həmyə kəndində bu gün olacaq toy ərəfəsində baş verib. Mübahisə edənlər yaxın qohumdur. Belə ki, İlham Ələsgərov bu gün toyu olacaq gəncin dayısı, İsrafil Məmmədov isə əmisidir. ("OLAYLAR"İA)