Avtobus oturacağının altından tiryək çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Khalıfeh Shamasbı Esmaeıl Khalıfehmohammad oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacaqlarından birinin alt tərəfindən, oturacaqla oturacağa bərkidilmiş metal dayağın arasından 1 ədəd bükümdə, xalis çəkisi 0,510 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31