DİN Beyləqandakı silahlı insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Beyləqanda baş verən güllələnmə ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 28-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndi ərazisində baş verib. İmişli rayon sakini Fuad Abbasov ov tüfəngindən atəş açaraq Əhmədli kənd sakinləri Roman Əhmədova və Rafiq Vəliyevə xəsarət yetirib. Nəticədə R.Əhmədov hadisə yerində ölüb, R.Vəliyev isə xəstəxanaya yerləşdirilib.  Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abbasov saxlanılıb və ondan hadisəni törədilərkən istifadə etdiyi qoşalülə tüfəng götürülüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31