Bakıda ev yaran qadınlardan ibarət mütəşəkkil dəstə yaxalandı

Bakıda qadınlardan ibarət mütəşəkkil oğru dəstəsi zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Əlişad Məmmədova məxsus bağ evindən 400 dollar pulu oğurlamış Bakı şəhər sakinləri İlhamə Quliyeva, Günay Babayeva və Samirə Məmmədova tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31