Bakıda 16 yaşlı qız onu zorlayan oğlandan hamilə qaldı
Bu barədə qızın anası polisə şikayət ərizəsi ilə müraciət edib
28 İyun 2013 14:33 KriminalBakının Binəqədi rayonunda zorlanma olub. Milli.Az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl 16 yaşlı Ağdam sakini Zahidə Mehdiyeva (ad və soyad şərtidir) sevdiyi oğlan tərəfindən zorlanıb. Bu barədə qızın anası polisə şikayət ərizəsi ilə müraciət edib. O, deyib ki, qızı zorlanıb və hazırda hamilədir.
Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31