Bakı-Qazax yolunda dəhşətli qəza, 4 ölü, 2 yaralı
28 İyun 2013 13:23 KriminalTovuzda 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Bakı-Qazax yolununda, Tovuz rayonunun mərkəzindən 12 km aralıda baş verib. Sahibləri məlum olmayan "VAZ" markalı və "OPEL" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Qəza zamanı şəxsiyyəti məlum olmayan 3 nəfərin cəsədi və 2 nəfər müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən çıxarılaraq aparılıb. "OPEL" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin cəsədi isə yanğındöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.