Bakıda imkanlı şəxsin həyətində sauna yandı
28 İyun 2013 13:21 KriminalBakıda saunada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 100 kv.m olan saunanın taxta konstruksiyalardan ibarət buxar otağı 16 kv.m sahədə yanıb, yüksək temperaturdan saunanın lambirindən ibarət asma tavanı 84 kv.m sahədə əriyib. Saunanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31