Bakıda qadın “Mercedes”də diri-diri yandı

Bakıda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Yol-qəza hadisəsi nəticəsində sahibi məlum olmayan "MERCEDEC" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən şəxsiyyəti məlum olmayan sürücünün meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31