Azərbaycanda ovçular qaban əvəzinə bir-birini güllələdilər
28 İyun 2013 11:18 KriminalÖtən gecə saat 23:00 adələrində Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, Beyləqan rayonu Əhmədli kəndində meşəlikdə ov edən iki dost təsadüfən bir-birini güllələyib.Belə ki, Roma ləqəbli ovçu Ramal Bəxtiyar oğlu Əhmədov ilə dostu Rafiq Vəliyev qaban ovuna çıxıblar. Lakin ehtiyatsızlıqdan dostlar qaban əvəzinə bir-birilərini güllələyiblər. Nəticədə Ramal Əhmədov aldığı güllə yarasından ölüb. Rafiq Vəliyev isə ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31