10 yaşlı uşaq Viləşdə batdı
27 İyun 2013 16:52 KriminalMasallı rayonunda 10 yaşlı uşaq Viləş çayda boğulub. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsindən verilən məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Yusif Hüseynov Viləş çayında çimərkən boğularaq dünyasını dəyişib.FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub dalğıc axtarış qrupu tərəfindən meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31