İcra başçısı jurnalisti həbs etdirdi
22 İyun 2012 17:16 KriminalSaatlı rayon İcra Hakimiyyəti Başçısı Siracəddin Cabbarov və rayon polis İdarəsinin rəisi Cəbrayıl Vəliyevin tapşırığı əsasında jurnalist İlham Süleymanov həbs edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, həm yerli, həm də respublika səviyyəli mətbu orqanlarda adı çəkilən rayonda baş verən qanun pozuntuları, eləcə də korrupsiya və rüşvətxorluq halları ilə bağlı silsilə yazılar yazan İlham Süleymanovun jurnalist fəaliyyəti yerli məmurları ciddi narahat edib. Nəticədə İlham Süleymanov rayon torpaq şöbəsinin sabiq sədri Ehtiram Məmmədov tərəfindən şərlənərək həbs olunub.
Qeyd edək ki, İlham Süleymanovun yazdığı faktlar mətbuat səhifələrinə çıxdıqdan sonra adıçəkilən torpaq şöbəsinin müdiri Ehtiram Məmmədov bir müddət əvvəl vəzifəsindən azad edilib.