Yevlax və Ağstafada taxıl sahəsi yanıb
27 İyun 2013 14:08 KriminalYevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlaması yanıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Ağstafa rayonu, Tatlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə biçilmiş və 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31